Düşmən mövqedə olan xarici dairələrin əlində alətə çevrilən azərbaycanlı

6 May 2017 09:30 (UTC+04:00)

3 May Dünya Mətbuat Azadlığı günündə məşhur əl-Cəzirə TV-nin ingilisdilli saytında Xədicə İsmayılın "Araşdırma jurnalistikasının artan önəmi" adlı məqaləsi dərc edilib. Məqalədə Xədicə İsmayıl Azərbaycana ancaq  qərəzli  mövqedən yanaşıb. 

Diqqəti çəkən digər vacib məqam isə Xədicə İsmayılın Azərbaycan əleyhinə yazdığı qərəzli məqaləyə həmişəki kimi ermənilərin hərətərəli dəstək nümayiş etdirməsidir. Siyasilər erməni-Xədicə birliyini bir səbəblə izah edirlər. Belə ki, onların vahid mərkəzdən idarə olunduğu və məqsədlərinin bir olduğ sezillməyə bilməz. 
İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirdi ki, Xədicə İsmayılın siyasi fəaliyyəti artıq Azərbaycanda hər kəsə bəllidir: “Bu adam bütün fəaliyyəti Azərbaycan dövlətini, rəhbərini ləkələmək, dövlətin nüfuzunu zərbə altına qoymaq məqsədi daşıyır. Amma Xədicə İsmayılın fəaliyyətinin onun öz fəaliyyəti deyil. Bir zamanlar Xədicə İsmayıl konkret cinayət əməlinə görə həbsə düşəndə onu müdafiə edən şəxslər elə onu bu günlərə görə müdafiə ediblər. 
Onun azadlığa çıxmasına ona görə çalışırdılar ki, sonradan Azərbaycanın nüfuzun zədələmək üçün istifadə etsinlər. Çox təəssüf ki, bir azərbaycanlı Azərbaycana düşmən mövqedə olan xarici dairələrin əlində alətə çevrilib. Hakimiyyətə qarşı müxalif mövqedə durmaq olar. Bu, tamamilə demokratik xüsusiyyətdir. Amma bunlar hakimiyyətlə müxalifətçiliyi  xalqa müxalifətçiliklə səhv salıblar. Xədicə İsmayılla ermənilərin eyni mövqedən çıxış etməsi yenilik deyil. Xədicə İsmayıl həbsdə olanda onu müdafə edənlərin böyük əksəriyyəti ermənilər idi. Ona görə bu gün Xədicə İsmayıl Azərbaycanı ləkələməklə onu müafiə edən şəxslərin qarşılığını verməyə çalışır. Lakin Azərbaycanın dünyada artan nüfuzu Xədicə İsmayıl kimi başqalarının əlində “kukla”ya çevrilmiş şəxslərin hərəkətini heçə endirir. 
Bu günlərdə ölkəmizdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Eyni zamanda müxtəlif beynəlxalq yarışlara ev sahibliyi edirik.  Həmçinin dünyanın müxtəlif elm, siyasi, mədəni xadimləri ölkəmizdə olur. Ölkəmizdə hərtərəfli azadlığa,  hüquqi dövlət qurucluğu, sürətli iqtisadi inkişafa şahidlik edirlər. Belə bir şəraitdə Xədicə İsmayıl kimi bir qrup şəxsin fəaliyyəti ölkəmiz üçün heç nəyi ifadə etmir. Sadəcə, tarixin yaddaşına keçəcək və xalq onların layiqli dəyərini verəcək”. 
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli bildirdi ki, Xədicə İsmayılla ermənilərin mövqelərinin üst-üstə düşməsi onların eyni mənbədən idarə olunduqlarından xəbər verir: “Eyni dairələr bu şəxsləri Azərbaycan əleyhinə istifadə edirlər. Erməni lobbisi ilə Xədicəni istiqamətləndirən insanların məqsədi Azərbaycanın nüfuzuna xələl gətirməkdən ibarətdir. Bu aspektdən təəccüblü nəsə yoxdur. 
Xədicə İsmayıl Azərbaycanın ədalətli mövqeyinin müdafiəsi ilə əlaqədar yazı ilə çıxış etsə idi, təəccüblü olardı. Ancaq bu insanların Azərbaycan xalqına qarşı “çamur” atmaları, emənilərin mənafeyinə xidmət etmələri heç kimə sirr deyil. Onların mahiyyətindən irəli gələn hadisədir. O insanlar şəxsi maraqlarını təmin etmək üçün hətta ermənilərləş iş birliyinə girirlər. Ayrı-ayrı ölkələrin Azərbycan əleyhinə apardığı kampaniyalarında ən aşağı yeri tutmağı belə özlərinə şərəf hesab edirlər”.
Mübariz BAYRAMOV