Şamaxıda 3 yaşlı körpə çardaqdan yıxılaraq ölüb

6 May 2017 15:00 (UTC+04:00)

Şamaxıda 3 yaşlı körpə bədbəxt hadisə nəticəsində ölüb.

Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 5-də Şamaxı rayon sakini 3 yaşlı Ömər Adıgözəlov evlərinin çardağından yıxılaraq ölüb.

Araşdırma aparılır.