Masalli şəhər 3 nömrəli tam orta məktəbdə Molla Pənah Vaqifin 300 ilik yubileyinə həsr olunmuş ədəbi - bədii gece keçirilib

8 May 2017 11:37 (UTC+04:00)

Bu günlərdə Masalli şəhər 3 nömrəli tam orta məktəbdə XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin (1717 - 1797) 300 ilik yubileyi ilə əlaqədar ədəbi - bədii gece keçirilmisdir. Tədbirdə VI- XI sinif şagirdləri iştirak etmişdir.Tədbirdə deyilmişdir ki, Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir. Bu gün də məktəıblilər onun yazdığı qəzəlləri, təcnisləri, müxəmməsləri, müstəzadlari, müəşşərələri, müşairə ləri və məsnəviləri sevə- sevə oxuyurlar. Növbəti tədbirdə də aşağıda adları çəkilən şagirdlər xüsusi milli geyimdə Molla Pənah Vaqifin yazdığı əsərləri və onlara yazilan mahnilari boyuk məharətlə ifa etmişlər.Tədbir Səməd Vurğunun məşhur “Vaqif”drami ilə yekunlaşmışdır.Şagirdlər əsəri tam bütövlükdə, yüksək səviyyədə təqdim etmişlər.

     Tədbirdə aparıcı, XI sinif şagirdi Aydan Seyfullayeva, VI sinif şagirdləri Xudaverdiyeva Leyla,Məmmədova Alidə,Abbasova Natəvan, Qurbanova Leyla,Səfərov Səid daha fəal idilər. VII sinif sagirdlərindən Sükürlü Kənan –Vaqif ,Yaqubzadə Aydan -Tukəzban , Manafli Sadiq –Qacar xan, Hüseynov Rəvan-Şeyx ,Cəbiyeva Ulviyyə-Əminə xala daha çox fəallıq göstərmişlər.
Cəfərova Mehriban- Gülnar ,Əbülfəzova Aysun-Xuraman,VI sinif şagirdlərindən Abdullayev Mirəli - Vidadi, Məmədov İltifat - Əlibəy, Dadaşov Fəraiz - İbrahim xan, Həsənov Əli – Vəzir, Dadaşova Xatirə - Xanəndə rollarını cox gozəl ifa etmişlər.
 Tədbirdə RTŞ-nın metodisti M. Əzimova, Masalli şəhər 3 nömrəli tam orta məktəbin drektoru A. İbişov, məktəbin muəllimləri,sagirdləri və valideynlər də istirak etmişlər. 
Qeyd edək ki, Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmuşdur. Sərəncamda deyilir kİ, 2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. Adının YUNESKO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür. 
Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir.
Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilmiş, əsərləri kütləvi tirajla nəşr edilmiş və yubileyi keçirilmişdir. 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur. 1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri işğala məruz qoyduqları Şuşada bütün beynəlxalq hüquq normalarını pozaraq mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş və 600-ə yaxın tarixi-memarlıq abidəsini talayıb məhv etmiş, o cümlədən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ev-muzeylərini və Molla Pənah Vaqifin məqbərəsini dağıtmışlar.
Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir.

ƏLİHÜSEYN ŞÜKÜROV