Bakıda Kamaz alışıb yandı

11 May 2017 10:49 (UTC+04:00)

Bakı şəhəri, Sabunçu rayonunda yanğın qeydə alınıb. Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.