Aİ Şurası Ukrayna vətəndaşları üçün vizasız rejimin tətbiq olunması ilə bağlı sənədi təsdiqləyib

11 May 2017 14:30 (UTC+04:00)

Avropa İttifaqı Şurası Ukrayna vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsi ilə bağlı qərarı təsdiq edib. 

"Movqe" xəbər verir ki, şura sənədi geniş müzakirə etmədən təsdiqləyib. 
Aktda qeyd olunub ki, Aİ ölkələrinin vətəndaşlarının Ukraynaya səfəri zamanı və biometrik pasportlara malik Ukrayna vətəndaşlarının Aİ ölkələrinə səyahət etdiyi dövrdə vizasız rejim tətbiq olunacaq.  
Artıq Ukrayna vətəndaşları Aİ ölkələrinə vizasız gedə və 90 gün müddətində həmin dövlətlərin ərazisində qala biləcəklər.
Qeyd edək ki, bundan əvvəl Avropa Parlamenti də Ukrayna vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsi ilə bağlı qərarı təsdiqləyib.