İbonun sərvəti əlindən alındı

30 Noyabr 2011 13:45 (UTC+04:00)

Məlumunuzdur ki, silahlı hücumda ağır yaralanan İbrahim Tatlısəs 27 sentyabrda özündən xeyli kiçik Ayşegül Yılmazla evlənmişdi. Sürpriz şəkildə baş tutan bu evlilikdən sonra İbo müdriklik taxt-tacını həyat yoldaşına həvalə etdi. Artıq "Tatlıses Tv", "Tatlıses Kebap" və digər şirkətlərin rəhbərliyi Ayşegülün ixtiyarında olacaq. Həftənin 4 günü iş başında olan analığına isə müğənninin Ahmet adlı oğlu köməklik göstərəcək.