İnfarkta səbəb olan restoran - FOTOLAR

14 Fevral 2013 15:40 (UTC+04:00)

Dünyanın ən kalorili "fast-food" restoranında çalışan 52 yaşlı Con Alleman 8000 kalorilik menyunu yedikdən sonra infarkt keçirərək dünyasını dəyişib. ABŞ-da tibb bacısı kostyumlu cazibədar ofisiant qızla tərəfindən xidmət edilən hamburger zənciri "Heart Attack Grill" (İnfarkt Qızartma) restoranının spikeri infarktdan ölüb. Movqe.Az-ın məlumatına görə, "Las Veqas Sun" qəzetinin xəbərinə görə, restoranda hər gün 8000 kalorilik "fast-food" ilə qarnını doyuran və üstündən də əlavə yağlı "milkshake" içən və donuz yağında qızardılan kartof sifarişi verən 52 yaşlı Con Alleman yeməyini yedikdən sonra evinə getmək üçün avtobus gözlədiyi zaman infarkt keçirərək yerindəcə keçinib. 2011-ci ildə açılan restoranın yalnız daimi müştərisi olmaqla qalmayıb eyni zamanda könüllü çalışarak turistlərin marağını çəkən Alleman üçün restoranın menyusunda "xəstə Jon" karikaturaları yer alır. Restoran sahibi Jon Basso "Alleman hər gün bura gəlirdi, Milad günü belə. Ona belə yeməyə davam etsən bu səni öldürər demişdim" deyə danışıb. "Uğrunda ölünə bilən ləzzətlər" şüarını istifadə edən restoranda daha əvvəl də müştərilər sağlamlıq problemləri yaşayıb. 2011-ci ildə 29 yaşlı və 260 kilo ağırlığındakı Bleir River adlı başqa biri də sətəlcəmdən ölüb. Keçən il də 40 yaşlarında bir adam 6 min kalorilik "Bypass burger" yeyərək halı pisləşib və xəstəxanaya aparılıb. Adı "İnfarkt Qızartma" olan "fast-food" zincirindəki yeməklər ürəyin böyük düşmənidir. Gözəl xanımların xidmət etdiyi menyuların birindən yeyən Alleman, bunun son yeməyi olacağından xəbərsiz idi. Amerikada yerləşən "Heart Attack Grill" adlı restoran müştərilərinə olduqca fərqli xidmət edir. Tibb bacıları kimi geyinən cazibədar ofisiant xanımların çalışdığı restoranda müştərilərə xəstələr olaraq xitab edilir. Menudakı ən xüsusi yemək isə "Dördlü Bypass Burger" adını daşıyır . Səkkiz min kalorilik bu üst-üstə qoyulmuş və aralarında ərimiş pendir və jambon olan hamburger çörək, soğan və pomidordan düzəldilir.