Şəkidə məhbus özünü asıb

24 May 2017 14:28 (UTC+04:00)

Şəkidə məhbus intihar edib.
 
Movqe.az-ın məlumatına görə, Penitensiar Xidmətin Şəkidə yerləşən Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Şəki rayon sakini, 1961-ci il təvəllüdlü Əkrəm Fətəli oğlu Nəcəfov saxlandığı kamerada özünü asıb.
 
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
 
Ə. Nəcəfov 2015-ci ilin yanvarında xalasını oğlunu qətlə yetirib. O, məhkəmənin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilmişdi.