Ramazanın 2-ci gününün duası, imsak və iftar vaxtı

27 May 2017 21:23 (UTC+04:00)

Sabah Ramazan ayının ikinci günüdür.Movqe.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:18-də, iftar isə saat 20:17-dədir.

Ramazan ayının 2-ci gününün duası:

"Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin".

Tərcüməsi:

"İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Quranı) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!"

Allah orucunuzu qəbul etsin!