AÇG-nin dərin hissələrində qaz hasilatına 2026-cı ildə başlanılacaq

1 İyun 2017 11:50 (UTC+04:00)

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun dərin hissələrində ilk qaz hasilatına 2026-cı ildə başlanması gözlənilir.

"Movqe" xəbər verir ki, bunu Bakıda keçirilən Xəzər neft-qaz konfransında çıxışında Azərbaycanın energetika naziri Natiq Əliyev qeyd edib.
Onun sözlərinə görə, AÇG-nin dərin hissələrində qaz ehtiyatlarının həcmi 280 mlrd. kubmetr miqdarında qiymətləndirilir.