“Eurovision”un icraçı direktoru: “Bu il müsabiqə olduqca qüsursuz keçib, heç bir problem yaşamadıq”

1 İyun 2017 12:50 (UTC+04:00)

“Ukrayna “Eurovision” yarışmasını yüksək səviyyədə təşkil edib. Hər il istər nəqliyyat, istər də təhlükəsizlik və digər məsələlərlə bağlı narazılıqlar eşidirdik. Lakin Kiyevdəki müsabiqə olduqca qüsursuz keçib. Biz heç bir problem yaşamadıq”.

 
Movqe.az-ın məlumatına görə, bunu “Eurovision” mahnı müsabiqəsinin icraçı direktoru Yan Ola Sand Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşdə deyib. 
 
P. Poroşenko isə Rusiyanın Ukraynanın şərqindəki aqressiyası fonunda belə bir müsabiqənin təşkilinin asan olmadığını deyərək, təşkilatçıları təbrik edib: “Eurovision 2017” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunması münasibəti ilə hər kəsi təbrik edirəm. Bu bütün komandanın qalibiyyəti və uğurudur”. 
 
Yarışmanın icraçı prodüseri Pavel Qriçak həm jurnalistlərin, həm də iştirakçılarla fanatların Ukraynada özlərini çox yaxşı hiss etdiyini bildirib. 
 
Qeyd edək ki, bu il yarışmanın qalibi İtaliya təmsilçisi Salvador Sobral olub.