Media nümayəndələri düşmənlə 500 metr məsafədə-Fotolar

1 İyun 2017 11:41 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasına səfər edən KİV rəhbərlərindən ibarət nümayəndə heyyəti hazırda Sədərək rayon Heydərabad qəsəbəsindədirlər.Movqe.az-ın xəbərinə görə, qəsəbə barədə qonaqlara ətraflı məlumat verən Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov bildirib ki, qəsəbə düşmənlə hava xətti ilə 500 metr məsafədə yerləşir. O, Heydərabad qəsəbəsinin 1990-cu ildən döyüş meydanına çevrildiyini, 1992-ci ildən sakinlərin öz evlərindən köçürüldüyünü söyləyib: " Sakinlər atəşkəsdən sonra öz evlərinə qayıtsa da,  yaşayış binaları bərbad vəziyyətdə idi. Buna görə də, qəsəbə 2010-cu ildən tam yenidən qurulub. 84 yeni yaşayış mənzili tikilərək və yenidən bərpa edilərək sakinlərin istifadəsinə verilib. Hazırda qəsəbədə 450 sakin yaşayır. Atəşkəs ara-sıra düşmən tərəfindən pozulsa da, sakinlər öz evlərini tərk etmirlər. Qəsəbədə həyat öz axını ilə davam edir".  

 

Daha sonra qonaqlar Heydərabad Tarix Diyarşunaslıq muzeyinə gediblər. Buradan  KİV rəhbərləri qəsəbədə yeni inşa olunan 48 mənzilli çoxmərtəbəli yaşayış binasında aparılan tikinti işlərinin gedişatı ilə tanış olublar. Baş redaktorlar qəsəbədəki hərbi hissəyə də səfər ediblər. Heydərabad qəsəbəsi ilə tanışlıqdan sonra media rəhbərləri Sədərək kənd 1 saylı tam orta məktəbində olublar.

Heydərabad qəsəbəsi ilə tanışlıqdan sonra media rəhbərləri Sədərək kənd 1 saylı tam orta məktəbinin rəhbərliyi ilə görüşüblər. Məktəbin direktoru Gülnarə Hüseynova məktəb barədə qonaqlara məlumat verərək təhsil ocağının 2014-cü ilin yanvar ayından istifadəyə verildiyini bildirib:"Kənd məktəbi 810 yerlikdir. Hazırda məktəbdə 726 şagird təhsil alır. Ötən il məktəbimizin məzunu olan 45 nəfərdən 32-i ali məktəblərə sənəd verib. Onlardan 15 nəfəri ali məktəbə qəbul olunub. Bu il isə məktəbin 38 məzunu olub. Onlardan 25-i ali məktəbə sənəd verib. Qəbul imtahanlarının birinci mərhələsində 2 abituriyentimiz 500-dən çox bal toplayıb".

Qonaqlar

Zülfiyyə Quluyeva