Kudrin: “Rusiyanın neft sektoru tam özəlləşdirilməlidir”

1 İyun 2017 13:40 (UTC+04:00)

“Rusiyanın neft sektoru yaxın 7-8 ildə tam özəlləşdirilməlidir”. APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun panel müzakirəsində çıxış edən Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin bildirib.

 
Onun sözlərinə görə, ölkənin neft sektoru dövlətin iştirakı olmadan da problemləri həll etmək qabiliyyətinə malikdir. 
“Neft sektoru tamamilə yaxın 7-8 ildə özəlləşdirilməlidir. Bizə bu sektorda dövlət şirkətləri lazım deyil. Dövlət statusu bu şirkətlərə ziyan vurur. Dövlət statusunun heç bir müsbət effekti yoxdur”, - deyə Kudrin vurğulayıb.