Azərbaycan yığması FİFA reytinqində 11 pillə irəliləyib

1 İyun 2017 13:50 (UTC+04:00)

Milli komandaların FİFA reytinqi açıqlanıb. Movqe.az-ın məlumatına görə, Azərbaycan yığması ciddi irəliləyişə nail olub.

 
Robert Prosineçkinin yetirmələri ay ərzində aktivlərinə əlavə 53 xal yazdırıblar ki, bu da 11 pilləlik sıçrayışa səbəb olub. Heç bir oyunda iştirak etməyən millimiz 439 xala malikdi.
 
Cəmi 7 yoldaşlıq görüşünün oynanıldığı mayda millimiz ən böyük irəliləyişə nail olan 3-cü komandadı. Belə ki, Yeni Zelandiya 19, Madaqaskar isə 16 addım irəliləməyi bacarıb. Monteneqro və Ekvatorial Qvineyada isə 10 pilləlik sıçrayış müşahidə olunub. Əvəzində Mavritaniya 24 komandanı özündən irəli buraxıb.
 
Millimiz və “qonşular”ı
72 (71). Qvineya – 476
73 (73). Boliviya – 473
74 (78). Keniya – 463
75 (75). Birləşmiş Ərəb Əmirlikləri - 450
76 (87). Azərbaycan – 439
77 (80). Suriya – 436
77 (76). Trinidad Tobaqo – 436
79 (74). Yamayka – 435
80 (77). Farer adaları - 431
 
Dünyanın ən güclü 10 komandasının mövqeyində ciddi bir dəyişiklik olmayıb. Yalnız Polşa bir pillə irəliləyərək, ilk “10-luğ”a daxil olub. Bu komanda İspaniya ilə birlikdə 10-cu yeri bölüşür.
 
İlk “onluq”
1 (1). Braziliya – 1715
2 (2). Argentina – 1626
3 (3). Almaniya – 1511
4 (4). Çili – 1422
5 (5). Kolumbiya – 1366
6 (6). Fransa – 1332
7 (7). Belçika – 1292
8 (8). Portuqaliya – 1267
9 (9). İsveçrə - 1263
10 (11). Polşa - 1198
10 (10). İspaniya – 1198
 
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də 3-nün mövqeyində dəyişiklik qeydə alınıb. Almaniya və San Marino yerlərində qalıblarsa, Şimali İrlandiya 2, Norveç 1 pillə geriləyib. Yığmamız kimi, Çexiya da irəliləməyi bacarıb.
 
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
3 (3). Almaniya – 1511
28 (26). Şimali İrlandiya - 837
44 (46). Çexiya - 690
87 (86). Norveç - 391
204 (204). San-Marino – 12
 
Qeyd edək ki, qonşu Türkiyə yığması 3 pillə geriləyərək, 25-ci yerdə qərarlaşıb. “Ay-ulduzlular”ın hesabında 855 xal var.