Sülh indeksi: İslandiya birinci, Suriya sonuncu

1 İyun 2017 16:40 (UTC+04:00)

İqtisadiyyat və Sülh İnstitutu 2017-ci il üzrə Qlobal Sülh İndeksini açıqlayıb. Azərbaycan 163 ölkə arasında 132-ci yerdə qərarlaşır.Movqe.az bildirir ki, Gürcüstan siyahıda 94-cü, Ermənistan 112-ci, İran 129-cu, Türkiyə 146-cı, Rusiya 151-ci sıradadır.

Reytinq cədvəlinin son üç pilləsində İraq, Əfqanıstan və Suriya gəlir.

Ən dinc ölkələr isə İslandiya, Yeni Zelandiya və Portuqaliyadır.