Liviyaya gedən 40-dan çox miqrant Sahara səhrasında həlak olub

1 İyun 2017 17:50 (UTC+04:00)

Miqrantları daşıyan yük maşınının Nigerin şimalında, Sahara səhrasında sıradan çıxmasından sonra 44 miqrant susuzluqdan ölüb.

Bu barədə "Movqe" BBC-yə istinadən xəbər verir.
"Qırmızı Xaç" insidentdən sonra 6 nəfərin özlərini kəndə çatdırdıqlarına görə sağ qaldığını bildirib.
Susuzluqdan ölənlər arasında bir neçə uşaq da olub.
Yerli KİV qanalılar və nigeriyalılardan ibarət qrupun Liviyaya, oradan da Aralıq dənizi vasitəsilə Avropaya getməyə çalışdığını yazıb.