BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının sədri seçilib

1 İyun 2017 19:30 (UTC+04:00)

BMT-nin Baş Assambleyası Slovakiyanın xarici işlər naziri Miroslav Layçakı yekdilliklə BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının sədri seçib.

"Movqe” xəbər verir ki, Miroslav Layçak BMT-nin Baş Assambleyasının 72-ci sessiyası zamanı fəaliyyətinin altı prioritet istiqamətini müəyyən edib: münaqişələrin qarşısının alınması, miqrasiya, insan hüquqlarının qorunması, davamlı inkişaf, iqlim dəyişikliyi və bərabərliyin təmin olunması.

Baş Assambleyanın 72-ci sessiyası sentyabrın 12-də açılacaq. Həmin gün Miroslav Layçak sədr kimi vəzifələrinin icrasına başlayacaq.