Yol Polisi güclü KÜLƏKLƏ əlaqədar sürücülərə müraciət etdi

1 İyun 2017 22:00 (UTC+04:00)

Hazırda paytaxtda davam edən güclü külək səbəbindən Bakı şəhəri üzrə yol hərəkəti ilə bağlı hələ ki hər hansı bir hadisə qeydə alınmayıb.

Bunu Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

V.Əsədov sürücüləri diqqətli olmağa çağırıb: “Biz də sürücülərə, avtomobil sahiblərinə müraciət edirik ki, belə hava şəraitində diqqətli olsunlar, yol hərəkəti qaydalarına riayət etsinlər”.