Daha bir icra başçısı işdən azad edildi

15 Fevral 2013 14:19 (UTC+04:00)
Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov vəzifəsindən azad olunub. Bu barədə jurnalistlərə açıqlmasında YAP icra katibinin müavini Səyavuş Novruzov bildirib. Onun sözlərinə görə, prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Sərəncamın yaxın saatlarda dərc olunacağı bildirilir.