Ermənistanda kəndlilər etiraza başladılar

1 İyun 2017 22:30 (UTC+04:00)

Ermənistanın Qeğarkunik vilayətinin Noradus icmasının sakinləri etiraz aksiyası keçirib. Onlar vilayət rəhbərliyinin qəbul etdiyi yeni qanununlara qarşı dövlətlərarası magistral yolu bağlayacaqlarını bildiriblər.

Movqe.az-ın məlumatına görə, Tert.am-a açıqlama verən Ararat adlı sakin bildirib ki, etiraza rəhbərliyin xırda dəniz xərçənginin satışına qoyduğu qadağa səbəb olub. 

Sakinlər tələblərinin yerinə yetirilməyəcəyi halda magistral yolu bağlayacaqlarını deyiblər.

Xatırladaq ki, bu gün həmçinin İrəvanda hökümət binası qarşısında da etiraz aksiyası keçirilib.