Çempionlar Liqası ilə bağlı 2 mühüm yenilik

2 İyun 2017 11:22 (UTC+04:00)

UEFA Çempionlar Liqası ilə bağlı tarixi qərarlar verib.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin 2018/19 mövsümündən etibarən eyni gündə baş tutacaq oyunlardan ikisi Bakı vaxtı ilə saat 21:00-da, qalanları isə 23:00-da keçiriləcək.

Bundan başqa, Avropa Liqasını qalib başa vurmuş komanda qitənin ən nüfuzlu klub turnirində mübarizəyə indiki kimi pley-off-dan yox, birbaşa qrup mərhələsindən qoşulacaq.