“Evlənənin ömrü qısa olur” deyib evlənir - foto

2 İyun 2017 12:23 (UTC+04:00)

Müğənni İbrahim Tatlıses yaxın günlərdə nikah masasına oturacaq.

Movqe.az-ın  axşam.az-a istinadən məlumatına görə, bunu ifaçının yaxın dostu və həmkarı Aydemir Akbaş bildirib.

O, jurnalistlərə "İbrahim yaxın zamanda evlənir. Mən də nikah şahidi olacağam”, - deyib.

Aydemir İ.Tatlısəsinin illərdir onunla işləyən, sağ əli olan Damla Buket Çakıcı ilə evləndiyini vurğulayıb.

Qeyd edək ki, ötən gün sənətçi İnstaqram səhifəsində “Evlənənin ömrü qısa olur” yazılı paylaşım edib. 

Xatırladaq ki, bu evlilik İbrahimin həyatında 6-cı evliliyi olacaq. Belə ki, İ.Tatlıses indiyə qədər iki dəfə rəsmi nikahda (Adalet Durak, Ayşegül Yıldız) olub. O, Derya Tuna, Asena Onur Çakmak və Perihan Savaşla vətəndaş nikahında yaşayıb.