Səlim Müslümov: İşsizlik müavinətinə ayrılan vəsait 3 dəfədən çox artırılacaq

2 İyun 2017 12:04 (UTC+04:00)

Hazırda Milli Məclisdə “İşsizlikdən sığorta haqqında” qanun layihəsi müzakirə olunur. Bu il məşğulluq məsələlərinə ümumilikdə cəmi 27 milyon manat vəsait ayrılıb. Prezident İlham Əliyev ehtiyat fondundan özünəməşğulluq üçün 6 milyon manat ayırıb.

Movqe.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov AŞPA-nın Milli Məclisdə keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında deyib.

Nazir bildirib ki, əgər həmin qanun qəbul edilib qüvvəyə minərsə bu məbləğ artırılacaq:

“Nəzərdə tutulub ki, qanun layihəsi bu il qəbul olunsun və növbəti ilin yanvarın 1-dən qüvvəyə minsin. Qanun layihəsi qəbul edilərsə, növbəti ildə həmin məbləğ 90 milyon manat olacaq. Yəni, 1 il ərzində həmin məbləğin 3 dəfədən çox artması nəzərdə tutulub. Bu da özünəməşğulluq proqramlarının tətbiqinə imkan verəcək. İşsizlik müavinətinin 3 dəfə artırılmasına imkan verəcək”.