Azərbaycan aviatorları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)

2 İyun 2017 12:37 (UTC+04:00)

2 iyun Mülki aviasiya işçilərinin peşə bayramıdır.

Bu münasibətlə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının, Milli Aviasiya Akademiyasının kollektivləri bu gün Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.