Şimşək çaxacaq, yağış yağacaq

2 İyun 2017 12:46 (UTC+04:00)

İyunun 3-də Bakı və Abşeron yarımadasında Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var.
 
Günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Cənub-şərq küləyi əsəcək.
 
ETSN-dən Movqe.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 15-18° isti, gündüz  22-27° isti, Bakıda gecə  16-18° isti, gündüz  24-26° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  norma daxilində 760 mm civə sütunu, nisbi rütubət  60-70 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək.
 
Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 15-20° isti, gündüz  27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacağı gözlənilir.