Türkiyə polisi universitetdə əməliyyat keçirir

2 İyun 2017 13:37 (UTC+04:00)

Türkiyənin Tekirdağ vilayətində Namiq Kamal Universitetində polis Fətulla Gülən tərəfdarlarına qarşı əməliyyat keçirir.

Movqe.az-ın məlumatına görə, əməliyyat nəticəsində onlarla müəllim və professor saxlanılıb.

Hadisənin təfərrüatları barədə məlumat verilməyib.