"WhatsApp" bir ay sonra bu cihazları dəstəkləməyəcək

2 İyun 2017 16:16 (UTC+04:00)

Məşhur mesajlaşma vasitəsi "Whatsapp" bir ay sonra dəstəyini çəkəcəyi cihazların açıqladı. Movqe.az xəbər verir ki, yanvar ayında android 2.O və bəzi köhnə versiyası "iPhone'larda işini dayandıran "Whatsapp" indi 2017-ci ilin sonuna başqa modelləri də "qara siyahı" salıb: 

-BlackBerry 10
-BlackBerry OS
-Nokia S60
-Nokia S40
-Android 2.0
-iOS 7.0

Mübariz BAYRAMOV