Dördayaqlı körpə əməliyyat edildi

2 İyun 2017 16:58 (UTC+04:00)

Hindistanın Allahabad şəhərində dörd ayaqla doğulan körpə beş ay sonra əməliyyat ediib. Movqe.az xəbər verir ki, körpənin nadir rast gəlinən 'parazit əkiz' doğum nəticəsində dünyaya gəldiyi bildirilir. Yapışıq əkizlər çox nadir bir anomaliyadır. Hindistandakı hadisə olan "Heteropagus" əkiz (parazitar əkiz) isə, yapışıq əkizlərin çox daha nadir olan xüsusi bir formasıır. Bu anomaliyada əkizlərdən biri tam inkişaf edərkən digəri parazit olaraq inkişaf edir. Əməliyyatdan əvvəl 7.4 kiloqram olan  körpə, 5 saat davam edən müvəffəqiyyətli əməliyyat nəticəsində onurğasına bağlı parazit əkizi bədənindən ayrılınca 5.6 kq ağırlığa düşüb. Körpənin sağllıq vəziyyətinin yaxşı olduğunu deyən həkimlər, bir müddət daha xəstəxanada nəzarət altında saxlanılmasını bildiriblər.

Mübariz BAYRAMOV