İki intiharçı-terrorçu partlayış törətdi - 9 ölü

2 İyun 2017 17:46 (UTC+04:00)

Kamerunun şimalındakı Kolofata şəhərində eyni vaxtda törədilmiş iki partlayış nəticəsində 9 nəfər həlak olub, 30 nəfər isə yaralanıb. Movqe.az-ın trend-ə istinadən məlumatına görə, polis partlayışların iki intiharçı-terrorçu tərəfindən törədilməsi barədə məlumat yayıb.

Yaralıların bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Partlayışı “Boko Haram” terror qruplaşmasının üzvlərinin törətdiyi ehtimal edilir. Qeyd edək ki, partlayış bu qruplaşmadan qaçan insanların məskunlaşdığı düşərgədə baş verib.

Hazırda insidentlə bağlı araşdırma aparılır.