Bakının bu hissəsində hərəkət məhdudlaşdırılır

4 İyun 2017 14:00 (UTC+04:00)

"Azəravtoyol"dan Movqe.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gündən etibarən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat-Maştağa yolu ilə kəsişməsindən Balaxanı qəsəbəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.