Nazirlik: "Natiq Əliyev xəstəxanaya yerləşdirilib"

4 İyun 2017 14:59 (UTC+04:00)

Energetika naziri Natiq Əliyevin səhhətində problem yaranıb.

Movqe.az xəbər verir ki, Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva APA-ya açıqlamasında bildirib ki, N. Əliyevin ürəyində problemlər yaranıb və Mərkəzi Neftçilər Xəstəxanasında yerləşdirilib.
 
Hazırda nazir həkimlərin nəzarətindədir.