Eyfel qülləsi London teraktı qurbanlarının xatirəsinə işıqları söndürəcək

4 İyun 2017 16:45 (UTC+04:00)

Fransa paytaxtı Parisin rəmzi olan Eyfel qülləsi keçən gecə Londonda baş verən terror aktının qurbanlarının xatirəsinə öz işıqları söndürəcək.

Movqe.az milli.az-a istinadən bildirir ki, bu haqda Fransa paytaxtının meri Ann İdalqo bildirib.

Parisin meri öz Twitterində yazıb: "Londonda terror aktı qurbanlarının xatirəsinə bu gecə Eyfel qülləsi öz işıqlarını saat 00:45 söndürəcək".

Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.