Tereza Meydən terrorla bağlı AÇIQLAMA: "Onları tapıb başlarını əzək..."

4 İyun 2017 15:42 (UTC+04:00)

"Bu, radikal islamçıların ölkədə son zamanlar həyata keçirdikləri sayca üçüncü hücumdur".

Movqe.az axar.az-a istinadən bildirir ki, bu sözləri İngiltərə Baş naziri Tereza Mey Londonda baş verən terror aktı haqda danışarkən deyib.

"Bu belə davam edə bilməz. Ciddi addımlar atacağıq. Son zamanlar həyata keçirilən hücumların başında radikal islamçı qüvvələr dayanır. Bu ifratçılığı müəyyən edib başlarını əzmək lazımdır", - deyə, Mey vurğulayıb.