"İran ilə Azərbaycanın dəmir yolları birləşəcək"

4 İyun 2017 19:18 (UTC+04:00)

İran ilə Azərbaycanın dəmir yolları birləşəcək və bu yol "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında mühüm rol oynayacaq.

Movqe.az AZƏRTAC-a istinadən bildirir ki,  bunu İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumdakı çıxışı zamanı bildirib.
 
M. Vaezi deyib edib ki, İran MDB dövlətləri ilə iqtisadi əlaqələrini inkişaf etdirərək genişləndirməkdə maraqlıdır və "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi bu inkişafı təmin edəcək.