Londonda silsilə terror aktları: 6 ölü, 30 yaralı

4 İyun 2017 08:00 (UTC+04:00)

Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.

Movqe.az bildirir ki, Trend-in məlumatına görə, London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.

Polis bildirib ki, baş verən silsilə hücumlarda 6 nəfər ölüb, 30 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hücumların terror aktı olduğu təsdiqlənib. London polisi 3 şübhəli terrorçunu məhv edib.