"Real"dan Çempionlar Liqasında tarixi çempionluq

4 İyun 2017 08:30 (UTC+04:00)

 

Çempionlar Liqasında (ÇL) 2016/2017 mövsümünə yekun vurulub.

Movqe.az goal.az-a istinadla xəbər verir ki, qitənin ən güclüsü İtaliya "Juventus"u ilə İspaniya "Real"ı arasında keçirilən final oyunundan sonra müəyyənləşib.

Kardiffin “Millennium” stadionunda baş tutan qarşılaşmada sevinən tərəf "Real" olub.

Oyunda hesabı ispan klubu açıb. Ronaldo 20-ci dəqiqədə hesabı açmaqla turnir tarixində 3 finalda fərqlənən ilk futbolçu olub.

 

Hesab arasındakı fərq uzun çəkməyib. Mancukiç mğhtəşəm qolla hesaba tarazlıq gətirib 1-1. İlk hissə bu hesabla yekunlaşıb.

 

 İkinci hissəyə "Real" fəal başlayıb. Bunun məntiqi nəticəsi kimi 61-ci dəqiqədə hesab 2-1 olub. Kasemiro Madrid klubunu hesabda irəli çıxarıb. 

 

Ronaldo 3 dəqiqə sonra Buffonu üçüncü dəfə topu tordan çıxarmağa məcbur edib 3-1. Bu həm də portuqaliyalının karyerasında 600-cü qolu olub.

 

Oyunun 74-cü dəqiqəsində meydana daxil olan Kuadrado 84-cü dəqiqədə qırmızı vərəqə alaraq "Juventus"u azlıqda qoyub.

90-cı dəqiqədə Zidanın əvəzləməsi özünü doğruldur. Asensio madridlilərin üstünlüyünü 3 topa çatdırıb 4-1.

Oyun bu hesabla başa çatdı. Beləliklə, "Real" qələbə ilə ardıcıl 2-ci çempionluğunu qazandı. "Juventus" isə 7-ci finalı məğlub tərk edir.