Avropa Məhkəməsindən Ermənistana növbəti zərbə

5 İyun 2017 11:45 (UTC+04:00)

Avropa İnsan Haqları Məhkəməsi İrəvan metrosunun 3 il əvvəl işdən azad edilən üç sabiq işçisi Qagik Qalstyan, Sevak Hovhannisyan və Andranik Qevorqyanın iddia ərizəsini qəbul edərək qeydiyyatdan keçirib.

Movqe.az azVision.az-a istinadən  xəbər verir ki, bu barədə “Tert.am”-a müsahibəsində iddiaçıların maraqlarını müdafiə edən vəkil Kristina Qevorqyan deyib.

Aparılan məhkəmə işlərində müvəkillərinin hüquq, söz azadlığı və mülkiyyət hüququnun pozulduğunu bildirən vəkil iddiaçı şəxslərin vaxtilə hökümətin pensiya sisteminə qarşı etiraz aksiyasında iştirak etdiklərinə görə işdən azad edildiyini vurğulayıb.