Paytaxtda çay evi yanıb

5 İyun 2017 12:32 (UTC+04:00)

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 250 m2 olan mansard tipli ikimərtəbəli çay evinin mətbəxində mətbəx əşyaları 20 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən  Movqe.az-a verilən məlumata görə, çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.