Tanış olun: əqrəblər kraliçası - FOTO

5 İyun 2017 13:27 (UTC+04:00)

O, dünyada yeganə qadındır ki, zəhərli əqrəblərdən əsla qorxmur və onlarla oynayır, əylənir. Üstəlik, o, zəhərli hörümçəklərlə oynamağı da sevir.

Bu qadını "Əqrəblər kraliçası" adlandırırlar.

Movqe.az milli.az-a istinadən bildirir ki, Taylandın Pattaya şəhərində yaşayan Kançana Kaetkau əqrəblər və hörümçəklərlə "asanlıqla dil tapdığını" deyir.

Məsələn, o, zəhərli əqrəbi asanlıqla ağzında 3 dəqiqə 28 saniyə saxlaya bilir.

Kaetkau 12 kvadrat metrlik şüşə kubda 5 min əqrəblə 33 gün yaşayıb.

K.Kaetkaunun adı Ginnesin Rekordlar Kitabına düşüb.

Dünyada mövcud olan 2 min əqrəb növündən 43-ü çox zəhərlidir.