Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarılır

5 İyun 2017 14:56 (UTC+04:00)

Türkiyə Daxili İşlər Nazirliyi "Fətullahçı Terror Təşkilatı"nın (FETÖ) lideri Fətullah Gülən də daxil olmaqla, 130 nəfərin Türkiyə vətəndaşlığından məhrum edilməsinə qərar verib.
 
Movqe.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə qərar “Resmi gazete”də dərc edilib. 
 
Vətəndaşlıqdan məhrum edilənlər sırasında Xalqların Demokrat Partiyasının iki millət vəkili – Fayzal Sarıyıldız və Tuğba Hezer də var. Qərarda qeyd edilir ki, Türkiyə Cinayət Məcəlləsinə əsasən xaricdə olan və haqlarında təhqiqat aparılan şəxslər vətəndaşlıqdan xaric olunmaları barədə qərarın elan olunmasından sonra 3 ay ərzində Türkiyəyə dönməzlərsə və rəsmi orqanlara müraciət etməzlərsə, vətəndaşlıqdan məhrum ediləcəklər.
 
Qeyd edək ki, F. Gülən 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin təşkilində günahlandırılır.