Türkiyə superkubok matçı Bakıda keçirilə bilər

5 İyun 2017 15:11 (UTC+04:00)

"Beşiktaş" və "Konyaspor" komandaları arasındakı futbol üzrə Türkiyə Super Kuboku matçı avqustun 6-da Bakıda keçirilə bilər.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, "qara qartallar"ın prezidenti Fikrət Orman açıqlamasında bildirib ki, bunu ona "Konyaspor"un prezidenti Ahmet Şan deyib: "Mən Şanı Türkiyə Kubokunu qazanmaları münasibətilə təbrik etdim. O isə Superkubok matçının Bakıda keçiriləcəyini bildirdi. Soruşdu ki, bundan xəbərin var? Xəbərsiz olduğumu bildirdim".

Türkiyə Super Kuboku qarşılaşmalarının Bakıda keçiriləcəyinə dair iddialar əvvəlki illərdə də ortaya atılsa da, reallaşmayıb.