Qubada DİN-nin səyyar xidmətləri zamanı 696 nəfərə şəxsiyyət vəsiqəsi verilib

5 İyun 2017 16:16 (UTC+04:00)

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

Nazirlikdən Movqe.az-a  verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən səyyar xidmətlər zamanı ümumilikdə 696 nəfər, o cümlədən rayonun Vladimirovka kəndində 105, Xucbala kəndində 121, Alekseyevka kəndində 152, Zərqava kəndində 93, Talabıqışlaq kəndində 90, Xınalıq kəndində 77, Amsar kəndində 58 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.

Qeyd edək ki, Yasamal Rayonunda da eyni sidmətlər təşkil edilib.

Polis İdarəsinin və rayon Qeydiyyat Şöbəsinin rəhbərliyinin təşəbbüsü ilə Uşaqların Beynəlxalq Müdafiəsi günündə təşkil edilən tədbir çərçivəsində M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinə gedən əməkdaşlar həmin gün dünyaya göz açan, Yasamal rayon qeydiyyatına düşən 3 körpənin doğum haqqında şəhadətnamələrini və şəxsiyyət vəsiqələrini onların valideynlərinə təqdim ediblər.

Gələcəkdə belə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ilin əvvəlindən iyun ayının 1-dək rayon üzrə 5258 nəfərə şəxsiyyət vəsiqəsi verilib.