UEFA-dan azərbaycanlı FİFA referisinə ilk təyinat

5 İyun 2017 16:36 (UTC+04:00)

Azərbaycanın yeni FİFA hakimi Ömər Paşayev UEFA-dan ilk təyinatını alıb. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, referi 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Belarus – San Marino oyununu idarə edəcək. Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək. Oyuniyunun 7-də Minsk şəhərində keçiriləcək.