"Pərvin deyəndə ağlıma min manat gəlir" deyən aktrisaya həmkarından SƏRT CAVAB

5 İyun 2017 16:48 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, "Maşın şou"da müğənni Səidə Sultanla qalmaqal yaşayan aktrisa Pərvin Abıyavanı həmkarı Türkiyədə yaşayan aktrisa Tunay Əliyeva sərt tənqid edib.

"Pərvin baş verənlərlə bağlı artıq heç bir sayta açıqlamaq vermək istəmir"

Movqe.az xəbər verir ki, bu sözləri xanim.az -a açıqlamasında Pərvin Abıyevanın həmkarı və yaxın rəfiqəsi "Xənnas" filmdən məşhurlaşan aktrisa Nərgiz Əliyeva bildirib.

"Bilmirəm o kimdir, haranın aktrisasıdır, heç tanımıram da. Birincisi Pərvin söyüş söyməyib. Səidə xanım Pərvinə söz atıb ki, "Pərvin əvvəl getsin öz qardaşına, sonra gəlib burdakı qardaşına səs istəyər" deyib. Pərvində hisslərini ələ ala bilməyib. Onun qardaşı haqqında niyə kimsə danışmalıdır?! Pərvin orda əsəb keçirtdi. Əslində Pərvini tanıyanlar bilir, o necə insandı. Kimki, deyir Pərvin depressiyadadır, xeyr, şükür Allaha maşını, hər şeyi var. Pərvinin o maşına ehtiyacı da yoxdur. O bir oyun idi. Səidə unudulmuşdu, Pərvinin sayəsində ortalığa çıxdı. Pərvin bircə şeyə görə peşmandır, o da orda əsəbləşib, hisslərini ələ ala bilmədiyi üçün. O, Tunay xanıma qaldıqda isə, deyəsən, öz qiyməti ilə səhv salıb. Buna görə adamın başına oyun açarlar. Yəqin ki, Pərvin xəbərsizdir bu məsələdən. O 1000 manat söhbətinə görə adamı bilirsiz nə edərlər?! Məhkəməyə də verərərik. Sübut edə bilər onu? Sübut edə bilməsə biz başqa tədbirlər də görəcəyik. "

Xatırladaq ki, aktrisa Tunay Əliyeva həmkarı haqqında bu fikirləri yenicag.az saytına bildirmişdi:

"Maşın şou"da o nə həyasızlıq idi? Utanmadan efirdə söyüş söyürdü. Biabırçılıq idi. Əslində, orda kimliyini ortalığa qoydu. Çıxıb efirdə ona-buna "qardaş, qardaş" deməsi ilə sadəcə, milləti özünə güldürdü. Biz bağçada deyilik, Pərvin də bizim müəlliməmiz… Nə də heç kim çörəyi qulağına yemir. O aktrisa kimi sıfırdır. "Pərvin" deyəndə mənim ağlıma aktrisa yox, sadəcə olaraq 1000 manat gəlir. Onun ayrı işi var, gedib öz işi ilə məşğul olsun. Hamı bilir o, nə işlə məşğul olur. Bundan sonra 100 il də keçsə, aktrisa ola bilməyəcək, çünki aktrisa olmaq üçün istedad gərəkdir. O da onda yoxdur".

"Pərvin deyəndə ağlıma min manat gəlir" deyən aktrisaya həmkarından SƏRT CAVAB