Paytaxt sakini yaşadığı evdə özünü asdı

6 İyun 2017 10:30 (UTC+04:00)

Movqe.az APA-ya istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində "Kərpiczavod" adlanan ərazisində yaşayan 1988-ci il təvəllüdlü Hidayət Hamil oğlu Ağaliyev yaşadığı evdə özünü asaraq öldürüb.

O, onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
 
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.