Zakir Qaralov: Azərbaycanda korrupsiyaya qarşı mübarizə daim gücləndirilir

6 İyun 2017 11:52 (UTC+04:00)

Azərbaycanda korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Movqe.az-ın məlumatına görə, bunu Baş Prokuror Zakir Qaralov Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin və Ombudsmanlarının 3-cü Görüşündə çıxışı zaman deyib.

Z.Qaralov vurğulayıb ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericilik beynəlxalq hüquqa uyğunlaşdırılıb və tam təkmilləşdirilib, işlək istitusional mexanizm yaradılıb və onun səmərəliliyi təmin edilib:

“Ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində üç milli fəaliyyət planının icrası başa çatdırılıb. Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün milli fəaliyyət planı isə hazırda uğurla icra edilməkdədir”.