Azərbaycanda daha bir neçə adda siqaret ucuzlaşıb

6 İyun 2017 12:25 (UTC+04:00)

 Azərbaycanda bəzi siqaretlərin qiyməti aşağı düşüb.
Movqe.az report-a istinadən  xəbər verir ki, beş adda siqaret 15-25 faiz ucuzlaşıb.
Siqaretlərin hazırkı və əvvəlki satış qiymətlərinin siyahısını təqdim edirik.
- LD (qalın qutu) 1.20  (əvvəlki satış qiyməti 1.40 AZN)
- LD (kompakt) 1.50 (2 AZN)
- More (qalın qutu) 1.20 - (1.50AZN)
- Vinçester ( qalın qutu) 1.40 - (1.60 AZN) 
- West (qalın qutu) 1.40 - (1.60 AZN)