Arda millidən kənarlaşdırıldı

6 İyun 2017 17:12 (UTC+04:00)

Türkiyə millisinin baş məşqçisi Fatih Terim Arda Turanı heyətdən kənarlaşdırıb.

Movqe.az-ın goal.az-a istinadən  xəbər verir ki, baş məşqçinin qərarına səbəb Ardanın təyyarədə “Milliyet” qəzetinin idman müxbiri Bilal Meşeni söyməsi səbəb olub.

Arda Turan DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Kosova ilə keçiriləcək qarşılaşmada iştirak etməyəcək.