Qubada maşın aşdı: Xeyli sayda yaralı var

6 İyun 2017 18:19 (UTC+04:00)

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dəlləkli kəndi ərazisində qeydə alınıb.
 
İçərisində 11 nəfərin olduğu "Qazel" markalı avtomaşın aşıb. Qəza nəticəsində bağlardan meyvə yığmağa gedən 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 7-si ilkin tibbi yardımdan sonra evə buraxılıb, 4 nəfərin müalicəsi Quba Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.
 
Fakt araşdırılır.