İran parlamentinə və Xomeyninin türbəsinə SİLAHLI BASQIN: ölü, yaralı və girovlar var

7 İyun 2017 11:36 (UTC+04:00)

İran parlamentinin bəzi deputatları verdikləri açıqlamada parlamentinin təhlükəsizlik işçilərindən bir nəfərin şəhid olduğunu deyiblər.
 
Movqe.az-ın lent.az-a istinadən xəbərinə görə, hazırda İran parlamenti bağlanılıb, millət vəkillərinin parlamentə giriş-çıxışına icazə verilmir. Silah səsləri kəsilsə də, silahlı şəxslər hələ də yaxalanmayıb.
 
İran parlamenti ilə yanaşı, Tehranda yerləşən İmam Xomeyni türbəsində də silah səsləri eşidilib.
 
Türbəyə girən silahlı şəxs bir neçə nəfəri yaralayıb. 
 
Bununla yanaşı, İmam Xomeyni türbəsi metro stansiyasında da partlayış olub.
 
Hadisə yerinə 5 təcili yardım briqadası göndərilib. 
 
İranın "Mehr" agentliyi İran parlamentinə silahlı basqında yaralananların sayının 8 nəfər olduğunu, silahlı şəxslərdən birinin tutulduğunu yazıb.